NƏ ÜÇÜN HERBALİFE?

2012-ci ildə şirkətin xalis gəlirinin həcmi 4,1 mlrd. ABŞ dolları təşkil etmişdir.

1980-ci ildə Makr Hyuz tərəfindən yaradılmış Herbalife şirkəti sağlam həyat tərzi sənayesinin pioneri və məhsulları birbaşa satış metodu ilə satan ən uğurlu şirkətlərdən birinə çevrilmişdir.

Şirkət haqqında bəzi faktlar.


Uğurlu biznes

  • Herbalife tarixi – 30 ildən artıq uğur tarixidir
  • Şirkət dünyanın 90-dən çox ölkəsində biznes aparır
  • Minimal başlanğıc vəsaitinə malik olan Herbalife birbaşa satışlar sənayesində ən səxavətli kompensasiya imkanlarından birini təqdim edir – şirkətin dövriyyəsinin 73%-i müxtəlif ödəniş və bonuslar şəklində Müstəqil Tərəfdaşlara qayıdır.
  • Herbalife Müstəqil Tərəfdaşlar, miqyaslı tədbirlərdən sutkalıq onlayn dəstəyədək ən güclü reytinq və ən yaxşı biznes alətləri əldə edirlər.

Etik şirkət

  • Şirkətin səhmləri 2004-cü ildən Nyu-York fond birjasında (NYSE) dövr edir ki, bu da şirkətin üzərinə beynəlxalq işgüzar münasibətlər praktikasına şərtsiz riayət etmək vəzifəsi qoyur.
  • Herbalife şirkəti Ümumdünya Birbaşa Satışlar Assosiasiyasının (WFDSA) və regional Birbaşa Satışlar Assosiasiyalarının (Rusiyada – 1998-ci ildən) üzvüdür.
  • Herbalife şirkəti RF qanunvericiliyinə, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna, eləcə də, Şirkətin işlədiyi digər ölkələrin qanunvericiliyinə tam müvafiq şəkildə fəaliyyət göstərir.

Keyfiyyətli məhsullar

  • Aparıcı alimlər tərəfindən işlənib hazırlanmış Herbalife məhsulları çəkiyə nəzarət, balanslaşdırılmış qidalanma və fərdi qulluq üçün dünyada ən yaxşı məhsullardandır.
  • Bütün Herbalife məhsulları yayıldıqları ölkələrin qanunvericiliyinə tam müvafiq şəkildə sertifikatlaşdırılmışdır.

Herbalife elmi-konsultasiya şurasının tərkibinə dünyada qida elmi sahəsində tanınmış iyirmiyə yaxın ekspert daxildir. Onlar arasında Nobel mükafatı laureatı Lui İqnarro da var. Herbalife şirkəti dünyanın müxtəlif ölkələrində elmi işləmələri dəstəkləyərək, qida haqqında elmi inkişaf etdirməyə çalışır. Los-Ancelesdə Herbalife Elmi mərkəzi və Kaliforniya universitetinin nəzdində Mark Hyuz adına hüceyrə və molekulyar qida laboratoriyası fəaliyyət göstərir.




az-AZ | 18.11.2017 20:33:56 | NAMP2HLASPX03